İstehsal Strukturu

iqtisadi obyektin istehsal-texnoloji əlamətlər üzrə bölünməsi.
İstehsal Sferası
İstehsal Tullantıları
OBASTAN VİKİ
İstehsal
İstehsalat və ya İstehsal — hər hansı bir məhsulun və ya xidmətin yaradılması üçün hüquqi şəxsin və fiziki şəxsin təşkil etdiyi fəaliyyət prosesidir. Istehsalat prosesində maşın, mexanizm, alətlər və insan əməyindən istifadə edərək satış üçün məhsul hazırlanır. Bir qayda olaraq istehsalatda böyük həmdə xammaldan hazır məhsul istehsal edilir. Bu termin ancaq insan əməyinə aid olaraq adi sənətdən yüksək texnologiyalara qədər geniş dairəni əhatə edir. Belə hazır məhsullar sonradan daha geniş istehsalatda digər mürəkkəb məhsulların istehsalı üçün istifadə edilir. Məsələn, gəmi, silah və digər yüksək texnologiyalı mallar. Bir qayda olaraq bazar iqtisadiyyatı mühitində bir məhsul digər məhsulun buraxılışı üçün mərhələ rolunu oynayır. Həmçinin bazar münasibətləri özünü tənzimləmə prinsipinə malikdir. Ancaq son dövrlərdə dövlət daha müntəzəm sahibkarlıq prinsiplərini gözləməklə bazar münasibətlərinə müdaxilə etməli olur.. Müasir istehsalat öz çərçivəsinə son məhsulun buraxılması üçün bütün aralıq mərhələləri toplayır.
Funksiya strukturu
Funksiya strukturu — Ümumiləşdirilmiş fraza quruluşu qrammatikası, baş əsaslı fraza quruluşu qrammatikası və leksik funksional qrammatika kimi fraza quruluşu qrammatikalarında xüsusiyyət strukturu mahiyyətcə atribut-qiymət cütləri toplusudur. Məsələn, nömrə adlı atributun tək dəyəri ola bilər. Atribut dəyəri ya atom ola bilər, məs. tək və ya kompleksdəki bir xarakter (əksər hallarda bu xüsusiyyət strukturudur, həm də siyahı və ya dəstdir). Xüsusiyyət strukturu, qovşaqları dəyişənlərin dəyərlərinə və dəyişən adlarına gedən yollara uyğun gələn yönəldilmiş asiklik qrafik (DAG) kimi təqdim edilə bilər. Obyekt strukturlarında müəyyən edilmiş əməliyyatlar, məs. birləşmələrdən fraza quruluşu qrammatikalarında geniş istifadə olunur. Əksər nəzəriyyələrdə (məsələn, HPSG), xüsusiyyət strukturları adətən qeyri-rəsmi istifadə olunsa da, əməliyyatlar xüsusiyyət strukturlarının özlərində deyil, ciddi şəkildə xüsusiyyət strukturlarını təsvir edən tənliklər üzərində müəyyən edilir. Burada iki "kateqoriya" və "razılaşma" funksiyası var. "Kateqoriya" "nominal ifadə" dəyərinə malikdir, "razılaşma" dəyəri isə "rəqəm" və "şəxs" xüsusiyyətlərinin "tək" və "üçüncü" olduğu başqa xüsusiyyət strukturu ilə göstərilir.
Markuş strukturu
Markuş strukturları (-R) və ya Kimyəvi soy strukturları (ing. Markush structure və ya Generic chemical structure) — özləri hər hansı konkret birləşməyə müvafiq olmayan, lakin bir çox birləşməni, bəzən sonsuz sayda bırləşməni, əgər qeyri-müəyyən terminlər saxlayırsa, məsələn heterosikllər, əvəz olunmuş aromatik radikallar və s., özündə birləşdirən ümumiləşdirilmiş kimyəvi strukturlardır. Markuş strukturu belə strukturların istifadəsi ilə bağlı "Pirazolon rəngləyicisi və onun əldə olunması prosesi" patentini almaq üçün iddiada qələbə qazanmış Nyu-Cersidə fəaliyyət göstərən "Pharma Chemical Corporation" şirkətinin sahibi, ixtiraçı Yucin Markuşun şərəfinə adlandırılmışdır. Patent müraciəti 9 yanvar 1923-cü ildə edilmiş və ABŞ Patent İdarəsi 26 avqust 1924-cü ildə patenti təsdiq etmişdir. Bu iş kimyəvi soy strukturlarına dair patent müraciətlərində presedentə yol açdı. Markuş strukturu patent sahibinə bir neçə aktiv/effektiv struktur formulu sadalamağa imkan verir. Patent müraciəti edənlərdən tələb olunur ki, onlar öz kəşflərinin tətbiqini ən yaxşı əks etdirən struktur formulunu açıqlasınlar və əgər bu struktur çox qarışıq olarsa, müraciət rədd edilə bilər. Son iyirmi ildə patent düsturlarında Markuş strukturlarının istifadəsi kimya sahəsində patent hüququ sferasında böhrana gətirib çıxarmışdır. Markuş strukturları ilə bağlı problemlərə onların necə genişmiqyaslı olduğunu sübut edən bir neçə beynəlxalq forumun həsr edilməsinə baxmayaraq, heç bir kimya və ya patentşünaslıq ədəbiyyatında onlar müzakirə olunmamışdır. Markuş strukturları real olaraq alınmamış böyük miqdarda kimyəvi birləşmələri, daha doğrusu, "kağız" kimyasında fenomen yaratmış hipotetik strukturları mühafizə edir.
Örtük strukturu
Örtük strukturu (rus. покровная структура, ing. nappe structure) — tektonik örtüklə əmələ gələn, geoloji struktura. Örtük strukturu olan dağlar örtük tipli dağ adlanır. Mis: Şərqi Alplar.
Avtomatlaşdırılmış istehsal
Avtomatlaşdırılmış istehsal (computer-aided manufacturing ) – istehsal prosesinin avtomatlaşdırılmasında kompüterlərin tətbiqi. CAM vasitələrindən istər kiçik istehsalatda, istərsə də irimiqyaslı robotlaşdırılmış yığım xətlərində istifadə olunur. İstehsalatda CAM-sistemlərində çox zaman kompüterlər yox, xüsusi avadanlıqlar və proqramlar tətbiq olunur. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s. CAM / Computer-Aided Manufacturing computer aided manufacturing (CAM) Arxivləşdirilib 2017-05-29 at the Wayback Machine What is CAD/CAM?
Fərdi istehsal
Fərdi istehsal - məhsulun müxtəlif çeşidlərdə fərdi (bir ədəd) hazırlanması ilə səciyyələnən istehsal növüdür. Fərdi istehsala böyük turbin, yayma dəzgahları, gəmi, unikal dəzgah, metallurji və dağ-mədən avadanlıqları, həmçinin təmir və sınaq zavodları daxildirlər. Kütləvi və seriyalı istehsaldan fərqli olaraq məhsulun hərəkəti üçün konkret vaxt qoyulmur, o sərbəst ritm daxilində hazırlanır. İş yerləri universal avadanlıqlarla təchiz olunur. Sifarişin yerinə yetirilməsi üçün fərdi texnoloji proseslər layihələndirilir. Sexlər arası avadnlıqlar qrupu göstərilməklə texnoloji marşrutlar işlənir.Texnoloji proses sexlərdə dəqiqləşdirilir. Məhsulun çeşidinin müxtəlifliyi və müərəkkəbliyi yüksək ixtisaslı işçilərin cəlb edilməsini tələb edir. Fərdi istehsal üçün təşkilati işlərin mərkəzləşsizdirlməsi səciyyəvidir. Xüsusi avadanlıqların və tərtibatların tətbiqi, tez-tez məhsulların dəyişilməsi əmək tutumunu və istesal tsiklini artırır. Hissələrin və düyümlərin normallaşdırlması və sinifləşdirilməsi, texnoloji proseslərin tipləşdirilməsi sayəsində burada seriyalı istehsalın bəzi elemntləri tətbiq oluna bilər.
Kütləvi istehsal
Kütləvi istehsal — istehsalın bir növü olub, böyük həcmdə hazırlanan məhsulun aşağı çeşidliyi ilə səciyyələnir. Kütləvi istehsal müəssisədə bir və ya bir neçə ölçüdə olan məhsulun və ya onun hissələrinin istehsalına yönəlmiş yüksək ixtisaslaşma dərəcəsinə malikdir. Kütəvi istehsal sənayenin bir çox sahələri üçün səciyyəvidir: maşınqayırma, tərtibatlar (saat sitehsalında), yüngül sənaye (ayaqqabı, qalantereya məhsulları), yeyinti sənayesi (konservlərin istehsalı). Kütləvi istehsal həm ayrı-ayrı sexlər və onun sahələri daxilində, həm də bütövlükdə müəssiədə daxilində təşkil oluna bilir. Burada məsulun istehsal həcmini həddən qartıq yüksəltmək və eyni zamanda onun keyfiyyətini artırmaq olur. Xüsusi avadanlıqların tətbiqi sayəsində işin məhsuldarlığı artır və əməliyyat üçün hazırlıq-tamamlama işlərinə sərf olunan vaxt minimuma enir, maya dəyəri aşağı düşür, rentabellilik artır. Bu istehsalın əsas xüsusiyyəti istehsal prosesinin özündə və onun aparılma üsulunda, işçi yerlərinin ixtisaslaşdırması və onların əməliyyatların ardıcıllığına uyğun yerinə yetirilməsindədir. Texnoloji proses çox hallarda proqresivdir. İşçilərin kiçik məşğuliyyət dairəsində ixtisalaşma dərəcəsi də yüksək olmalıdır. Kütləvi istehsalda əməliyyatlar sinxronlaşdırılır və əmək vasitələrinin işçi yerlərdə hərəkəti fasiləsiz olaraq mexanikləşdirilmiş və avtomatlaşdırlmış sistemlərin köməyi ilə aparılır (konveyrlər).
Qənaətcil istehsal
Qənaətcil istehsal- maşın istehsalında israfların aradan qaldırlmasına yönələn, eyni zamanda təminedici, sifarişçi və daxili strukturlar tərəfindən yaranan meyillənmələri minimallaşdıran emal strategiyasıdır. Tayota istehsal sisteminin tərkib hisəssi olan bu strategiya 1980-ci illərdə araşdırılıb, effektivliyi sübut oldunqdan sonra, digər avtomobil istehsalçıları da bu strategiyadan bəhrələnməyə calışmışlar. Qənatəcil istehsalın çevik, tələbəta uyğun və mərkəzsiləşdirilmiş qrup şəklində iş üslubuna calışan planlama konseptidir. O, işçilərin keyifiyətə yüksək məsuliyyəti və istehsal mərhələləri arasında kiçik material buferləri ilə səciyyələnir. Qənatəcil istesalın tətbiqi müəssisə ilə onun sifarişçiləri və təminatçıları, həmçinin onun elmi tədqiqatla məşğul olan şöbəsi, alış-veriş və istehsal sahələri arasında optimal razılaşma şəraitində fəaliyyət göstərən informasiya mübadiləsini tələb edir. Bu istehsalın təbiqi zamanı: Yalnız lazım olan məmul, lazımı vaxtda hazırlanır. Bu, istehsal həcmi, istehsal və təşkilata aid olanları əhatə edir, yerdə qalanlar isə israfçılıqdıır. Meydana çıxan xətalar yüksək prioritetlə araşdırılır və səbəbi müəyyənləşdirilir, onu aradan qaldırmaq üçün həll işlənir. Buna xətasız istesal deyilir. İstehsalda iştirak edən işçilərdən və təminatçı firmalardan daimi olaraq öz işlərinin keyfiyyətini artırmaq tələb olunur.
Seriyalı istehsal
Seriyalı istehsal — istehsalın təşkilat növü olub, uzun zaman kəsiyində müəssisədə eyni zamanda hazırlanan bir məhsulun geniş çeşidi ilə səciyyələnir. Seriyalı istehsalın ən geniş yayıldığı sahələr maşınqayırma və metal emalıdır. Məhsulun hazırlanması məmula nisbətən seriya şəklində, hissəyə nisbətən isə partiya şəklində aparılır. Bir ölçü növünə məxsus məmulun seriyalı hazırlanması müəyyən vaxt daxilində təkrar olunur. Təkrar seriyanın istehsalında maşınlar çox zaman istehsalın konstruksiya və texnoloji hazırlığına,iş yerlərinin təşkili, işçilərin ixtisas dərəcələrinə uyğun olaraq dəyişikliklər edilir. seriyalı istehsal hissələrin, məmulların unifikasiya edilməsinə, texnoloji proseslərin və tərtibatların tipləşdirilməsinə imkan yaradır. İstehsal həcmindən asılı olaraq iriseriyalı, orta seriyalı və kiçik seriyalı istehsal mövcuddur. İriseriyalı istehsalda bir ilidən böyük olmaqla period daxilində məhsullar fasiləsiz olaraq böyük həcmdə hazırlanmasıdır. Müəssisə bu halda yetişmiş məhsulun və onun ayrı-ayrı hissələrinin istehsalı üzrə ixtisaslaşır. Sexlər ümumi əlamətə görə, iş yerləri isə əməliyyatlar görə ixtisaslaşırlar.
İstehsal münasibətləri
İstehsalat münasibətləri — ictimai istehsal əsnasında insanlar arasında yaranan münasibətlər. Anlayış kimi Karl Marks tərəfindən 1848-ci ildə "Kommunist Partiyasının Manifesti" əsərində işlənmişdir. Texniki-istehsalat münasibətlərindən fərqi ondadır ki, Marksın qənaətinə görə, insanların münasibətlərini onların istehsal vasitələrinə olan münasibəti, yəni mülkiyyət münasibətləri ilə müəyənləşdirir.
İstehsal vasitələri
İstehsal vasitələri — əmək vasitələrinin məcmusudur. İstehsal vasitələri insanlar arasında olan xüsusi ictimai münasibətləri - istehsalat münasibətlərini - yaradır. İstehsal vasitələri və insan əməyi qırılmaz olaraq bağlı və qarşılıqlı şərtlənəndir.
İstehsal xərcləri
İstehsal mövcud istehsal amillərindən istifadə edərək insan ehtiyaclarını təmin edəcək əmtəə və xidmətlərin formalaşdırılması prosesidir. İstehsalı həyata keçirən təsisçilər tərəfindən qurulan və məhsul satışı ilə bağlı qərar verən quruluşa isə müəssisə deyilir. İstehsal prosesi qısa və uzunmüddətli olmaqla iki yerə ayrılır. Qısamüddətli dövr xərclərin ən azı birinin sabit olduğu, digərlərinin isə dəyişdirilə bildiyi vaxt kəsiyidir. Bu dövrdə sabit xərclər kimi adətən daşınmaz əmlak, istehsal avadanlıqları və s. çıxış edir. İşçi qüvvəsi və xammal isə dəyişən xərclərə aid edilir. Çünki, firmanın qısa müddət ərzində yeni bir bina alması və ya bahalı avadanlıqlar quraşdırması o qədər asan deyildir, amma artan tələbə qarşılıq olaraq yeni işçilərin qəbulu, daha çox xammalın cəlb olunması mümkün addımlardır. Uzunmüddətli dövr isə müəssisənin yuxarıda adını çəkdiyimiz və ümumilikdə bütün istehsal amillərinin həcmini dəyişə bildiyi vaxt kəsiyidir. Xərclər- firmaların istehsalda istifadə etmək üçün istehsal amillərinə həyata keçirdikləri ödəmələrdir.
İstehsal üsulu
İstehsal üsulu (alm. Produktionsweise‎) — Marksizmə görə, məhsuldar qüvvələrin və onların şərtləndirdiyi istehsalat münasibətlərinin vəhdəti. İçtimai istehsal üsulları, bir tərəfdən — müvafiq istehsalat texnoloqiyasının tarixi tipinə görə (məhsuldar qüvvələr), o biri tərəfdən — istehsal və bölgü əsnasındakı istehsal şəraitinə və vasitələrinə olan hakim münasibətlərin müvafiq iqtisadi gerçəkləşdirilməsi tipinə görə(istehsalat münasibətləri) fərqlənirlər. Hakim istehsal üsulu ictimai-iqtisadi formasiyanın özülü(bazisi) sayılır.
Maddi istehsal
Maddi istehsal — insanın və cəmiyyətin müəyyən tələbatlarını ödəyən maddi nemətlərin yaradılması ilə bilavasitə bağlı istehsal. Maddi istehsal qeyri-istehsal sahəsinə qarşı çıxır, maddi dəyərlərin istehsalını qarşısına məqsəd qoymur. Bu bölgü əsasən marksist nəzəriyyə üçün xarakterikdir. Maddi istehsal maşın və texnologiyanın tətbiqinə, eləcə də insanlar arasında istehsal münasibətlərinə əsaslanır. Demək olar ki, cəmiyyətin texniki və texnoloji inkişafı insan ehtiyaclarının kəmiyyət və keyfiyyətcə artması hesabına baş vermiş və baş verir. Antropogen amil isə maddi istehsalın bir çox təbii proseslərin pozulmasına, yer səthinin geniş sahələrinin deqradasiyasına, havanın və suyun geniş miqyasda çirklənməsinə səbəb olmasına şərait yaradır. Ona görə də istehsal fəaliyyətinin həcminə və formalarına nəzarət edilməlidir. Maddi istehsalın sahələrinin digər fəaliyyət növlərindən ayrılması (sosialist ölkələrində) ümumi ictimai məhsulun və milli gəlirin həcmini müəyyən etmək üçün həyata keçirilirdi. Bu sahələrin tərkibinə adətən sənaye, kənd təsərrüfatı və meşə təsərrüfatı, tikinti, nəqliyyat və rabitə, ticarət və ictimai iaşə, logistika və marketinq, tədarük və s. (nəşriyyat, kinostudiyalar, səsyazma müəssisələri, layihə təşkilatları, metal qırıntılarının tədarükü və xilası, yabanı bitkilərin, meyvələrin, göbələklərin, toxumların, otların yığılması və onların ilkin emalı, ovlanması).
İstehsal ehtiyatları
İstehsal ehtiyatları — müəssisənin qəbul etdiyi, lakin hələ iş yerinə köçürülməmiş ehtiyatlar. Böyük Rusiya Ensiklopediyasının məlumatına görə, istehsal ehtiyatları müəssisəyə daxil olmuş, lakin hələ də iş yerlərinə köçürülməmiş xammal, materiallar, alınmış yarımfabrikatlar və komponentlər, yanacaq, alətlər və digər istehsal vasitələridir. Ehtiyatlar təbii və pulla ölçülən maddi ehtiyatların bir hissəsidir.
İstehsal funksiyası
İstehsal funksiyası — istehsal dəyərləri (istehsalın miqdarı) və resurs xərcləri, texnologiya səviyyəsi kimi istehsal amilləri arasında iqtisadi və riyazi kəmiyyət əlaqəsidir. Onu izokvantlar toplusu kimi ifadə etmək olar. Məcmu istehsal funksiyası bütövlükdə milli iqtisadiyyatın məhsulunu təsvir edə bilər. İstehsal amillərinin müəyyən vaxtda və ya müxtəlif dövrlərdə məhsulun həcminə təsirinin təhlilindən asılı olaraq istehsal funksiyaları statik P = f ( x 1 , x 2 , . . . , x n ) {\displaystyle P=f(x_{1},x_{2},...,x_{n})} və dinamik P = f ( x 1 ( t ) , . . . , x k ( t ) , .
İstehsal sistemi
İstehsal sistemi (ing. production system) — istehsalın giriş faktorunu hazır məhsula və ya xidmətə çevirmək üçün əməliyyat resurslarından istifadə edən müəssisə sistemi. Britannica-ya görə istehsal sistemi sənayenin müxtəlif resurslardan mal və xidmətlər yaratmaq üçün istifadə etdiyi hər hansı üsuldur. Bir sıra əməliyyat menecerləri istehsal sistemini müəssisənin əməliyyat resurslarından daxil olan (girişi) öz seçdiyi (çıxış) məhsul və ya xidmətə çevirmək üçün istifadə edən sistem hesab edirlər. Burada “giriş” başqa istehsal sistemindən xammal, yaxud müştəri və ya hazır məhsuldur. Bir sıra ekspertlərin fikrincə, istehsal sistemi dəyər yaratma proseslərində (istehsal və quraşdırma) ilkin məlumat və resursların (nou-hau, metodlar, materiallar, maliyyə resursları, enerji resursları) olduğu sosial-texniki sistemdir. proseslər (nəqliyyat) son nəticəyə (məhsul, məsrəflər, əlavə məhsullar) çevrilir. Bir sıra texniki mütəxəssislərin fikrincə, istehsal sistemi istehsal və texnoloji sistemlərin (hissələrin istehsalı və quraşdırılması üçün sistemlər), təşkilatın, personalın və müvafiq işçilərin işə salınmasına hazırlıq nəzərə alınmaqla istehsal prosesinin sistem-texniki həyata keçirilməsidir. istehsal mədəniyyəti. İqtisadçıların nöqteyi-nəzərindən istehsal sistemi məhsul istehsalı üçün iş proseslərinin məcmusudur.
İstehsal (iqtisadiyyat)
İstehsal — ilkin (əmək və kapital) və aralıq istehsal amillərindən (xammal, materiallar və s.) istifadə etməklə məhsulun yaradılması prosesi. İstehsal insanla təbiət arasında baş verən maddələr mübadiləsinin konkret insan növüdür, daha dəqiq desək, təbii sərvətlərin insanlar tərəfindən hər hansı məhsula aktiv çevrilməsi prosesidir. "İstehsal" termini təkcə əmtəələrin maddi istehsalı ilə bağlı deyil, həm də qeyri-maddi əmtəə və xidmətlərin istehsalına münasibətdə istifadə olunur: elmi kəşflər, texniki ixtiralar, təhsil, mədəniyyət, incəsənət, səhiyyə, istehlak xidmətləri, idarəetmə, maliyyələşdirmə və kreditləşmə, idman və s. İqtisadiyyat elmində istehsal haqqında təlim aşağıdakı hissələrə bölünür: istehsal amilləri doktrinası — təbiət, əmək və kapital; istehsalın təşkili doktrinası "İstehsalın təşkilinə insan resursları və istehsalın təşkilinin insan amili həlledici təsir göstərir. İstənilən istehsal kadr tələbatının müəyyən edilməsindən və buna uyğun olaraq hər bir işçinin üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün yüksək səmərəli işləməyə qadir olan insanların işə götürülməsindən başlamalıdır". İqtisadiyyat tarixində istehsal müxtəlif cür başa düşülür. Zaman keçdikcə bu konsepsiya insan fəaliyyətinin yeni sahələrinə yayıldı. Fransua Quesneyin rəhbərlik etdiyi fiziokratlar məktəbi məhsulun yalnız kənd təsərrüfatında yaradıldığına inanırdı. Qalan sənayelər ya onu emal edir, ya da kənd təsərrüfatı gəlirlərindən istifadə edir. Kenenin İqtisadi Cədvəlində üç sosial sinfi müəyyən etdi: məhsuldar təbəqə — fermerlər və kənd təsərrüfatı sektorunda muzdlu işçilər; torpaq sahibləri — feodallar (buraya kral da daxil idi); steril (steril) sinif — kənd təsərrüfatında işləməyən sənayeçilər, tacirlər, sənətkarlar və başqaları.
İstehsal faktorları
İstehsal faktorları (ing. factors of production) — əmtəə və xidmətlərin istehsalı üçün lazım olan iqtisadi resurslar. İstənilən istehsal müəyyən tələbatları ödəyən nəticələr əldə etmək üçün insanın əşya və əmək vasitələrinə təsir prosesidir. İqtisadiyyat elmində istehsal haqqında təlim aşağıdakı hissələrə bölünür: istehsal amilləri doktrinası — təbiət, əmək və kapital; istehsalın təşkili doktrinası Ənənəvi olaraq aşağıdakı istehsal amilləri fərqləndirilir: Torpaq (təbii ehtiyatlar); Əmək (əmək resursları); Kapital (investisiya resursları). Hal-hazırda onlara əlavə olunur: sahibkarlıq qabiliyyəti; məlumat; innovasiyalar. Qeyri-marksist iqtisadi nəzəriyyəçilər K.Marksın yeni dəyərin yalnız muzdlu işçilər tərəfindən yaradılması mövqeyi ilə razılaşmırlar, lakin hesab edirlər ki, onun yaradılmasında bütün istehsal amilləri bərabər iştirak edir. Beləliklə, Alfred Marşall yazırdı: “ümumilikdə kapital və ümumilikdə əmək milli dividend istehsalında qarşılıqlı əlaqədə olur və öz (marjinal) məhsuldarlıq ölçüsünə uyğun olaraq gəlirlərini ondan alırlar. Onların qarşılıqlı asılılığı ən yaxındır; kapital əməksiz ölür; öz və ya başqasının kapitalının köməyi olmadan fəhlə çox yaşamayacaq. Əmək enerjili olduqda, kapital zəngin meyvələr toplayır və sürətlə inkişaf edir; Kapital və bilik sayəsində Qərb dünyasının adi işçisi bir çox cəhətdən keçmiş şahzadələrdən daha yaxşı qidalanır, geyindirilir və hətta evlə təmin olunur. Kapital ilə əmək arasında əməkdaşlıq əyirici ilə toxucu arasında olduğu qədər zəruridir; əyirici tərəfdə bir az üstünlük təşkil edir, lakin bu ona heç bir üstünlük vermir.
İstehsal kapitalı
İstehsal kapitalı (ing. physical capital; fiziki, real) — biznesə yatırılan, istehsal vasitələri şəklində yaradılan gəlir mənbəyi: maşın, avadanlıq, binalar, tikililər, torpaq, xammal ehtiyatları, yarımfabrikatlar , mal və xidmətlər istehsalı üçün istifadə olunan hazır məhsullar. İstehsalda bilavasitə istifadə olunan kapital forması — istehsal vasitələri. İstehsal kapitalının miqdarı istehsal vasitələrinin qiymətləndirilməsi əsasında müəyyən edilir. Bir qayda olaraq, istehsal kapitalı öz dəyərini amortizasiya və ya icarə ödənişləri şəklində məhsullara köçürür.
Qalaq (verilənlər strukturu)
Qalaq informatika elmində — xüsusi şərtlərl çərçivəsində təşkil olunmuş ağac şəkilli verilənlər strukturuna deyilir. Gündəlik həyatımızda biz qalaq olaraq bir-birinə dirənərək konus və ya piramida formasında structur yaradan cisimlər (adətən eyni tipli) yığınına deyirik. Dilimizdə "tongal qalamaq" ifadəsi də yandırılacaq cisimlərin əvvəlcə qalaq şəklində yığılması ilə bağlıdır. Qalaq verilənlər strukturunun da forması qalağı xatırlatdığı üçün bu cür adlandırılıb. Qalağı digər ağaclardan fərqləndirən əsas əlaməti onun həmişə tam və ya tama yaxın olmasıdır, yəni onun çiyinləri kötükdən yarpağa qədər mümkün qədər bərabər hündürlükdə olmalıdır. Ancaq son səviyyə tam olmaya bilər, bu zaman isə son səviyyənin mövcud qovşaqları ağacın mümkün qədər sol yarpaqlarını təşkil etməlidir. Bu isə bir səviyyə tam doldurulmayanadək, növbəti səviyyəyə keçilməməklə təmin edilir. Bu tələblər bir tərəfdən ağacın mümkün olan ən kiçik hündürlüyünü təmin edir, belə ki, N sayda qovşaqdan ibarət ağacın hündürlüyü həmişə O ( l o g N ) {\displaystyle O(log\ N)} olur, digər tərəfədən isə qalağı xətti (bir ölçülü) massivdə yerləşdirməyə imkan verir. Qalaq strukturuna olan digər tələb, onun kiçik (min) və ya böyük (max) qalaq olmasından asılı olaraq, qovşağın hər bir törəməsinin özündən böyük ya bərabər və yaxud kiçik ya bərabər olmasıdır. Kiçik qalaq halında bu kötüyün ən kiçik, böyük qalaq halında isə ən böyük element olmasını təmin edir.
Teleavtomatik sistemin strukturu
Teleavtomatik sistemin strukturu — Məlumatı yenidən emal edən, ötürən, əks etdirən, yadda saxlayan və müəyyən texnoloji proseslərin idarəsi üçün məlumat əldə edən sistem strukturudu Məlumat (informasiya) mübadiləsinin təşkili, ötürül¬məsi, paylanması və emalı avtomatika və telemexanika qurğuları, eləcə də elektrik rabitəsi vasitələri ilə yerinə yetirilir. Dəmir yolu nəqliyyatında geniş şəkildə budaqlanmış avtomatlaşdırılmış rabitə qovşağı yaradılmışdır. Bu rabitə qovşağı daşınma proseslərinin idarəsi üçün tələb olunan həcmdə məlumatın ötürülməsini təmin edir.Avtomatika, telemexanika və rabitə sistemində məlumat mübadiləsi və onun yenidən işlənməsi mürəkkəb xarakter daşıyır və bu proses bir neçə mərhələdən keçir. Məlumat şifirlənmə, yenidən kodlaşdırma, yadda saxlama və s. kimi müxtəlif çevirmələrə məruz qalır. Məlumat (informasiya) mübadiləsinin təşkili, ötürülməsi, paylanması və emalı avtomatika və telemexanika qurğuları, eləcə də elektrik rabitəsi vasitələri ilə yerinə yetirilir. Dəmir yolu nəqliyyatında geniş şəkildə budaqlanmış avtomatlaşdırılmış rabitə qovşağı yaradılmışdır. Bu rabitə qovşağı daşınma proseslərinin idarəsi üçün tələb olunan həcmdə məlumatın ötürülməsini təmin edir.Avtomatika, telemexanika və rabitə sistemində məlumat mübadiləsi və onun yenidən işlənməsi mürəkkəb xarakter daşıyır və bu proses bir neçə mərhələdən keçir. Məlumat şifirlənmə, yenidən kodlaşdırma, yadda saxlama və s. kimi müxtəlif çevirmələrə məruz qalır.
Zəfər–Məşəl strukturu
“Zəfər-Məşəl” strukturu - Xəzər dənizinin Azərbaycan sektorundakı perspektivli neft-qaz yatağı. Zəfər–Məşəl strukturunda kəşfiyyat işlərinin aparılmasına dair müqavilə 1999-cu il aprelin 27-də imzalanmış, 2000-ci il mayın 8-də Azərbaycan parlamenti tərəfindən ratifikasiya olunmuşdur. 1999-cu il aprelin 27-də SOCAR (50%), “ExxonMobil” (30%) və “ConocoPhillips” (20%) arasında “Zəfər-Məşəl” dəniz blokunun kəşfiyyatı və işlənməsi haqqında PSA tipli müqavilə imzalanıb. Lakin sonra ləğv olunub. Strukturda neft ehtiyatının 140 milyon ton (onlardan 100 mln. tonu Zəfər və 40 mln. tonu Məşəl yatağının payına düşür), onun işlənilməsi üçün isə 2 milyard dollar investisiya lazım olduğu proqnozlaşdırılır. Yatağın dəniz dərinliyi 450-950 metr arası dəyişir. Yatağın sahəsi 643 kvadrat kilometrdir. Zəfər-Məşəl 1961-ci ildə seysmik tədqiqatlar nəticəsində üzə çıxarılmış, ilk geofiziki işlər isə 1985-ci və 1987-ci illərdə aparılmışdır.
Ümid dəniz strukturu
"Ümid" dəniz strukturu — Bakıdan 75 kilometr cənuba, qurudan isə 40 kilometr məsafədə Xəzər dənizində qaz yatağı "Ümid" yatağı 1953-cü ildə geoloji kəşfiyyat işləri zamanı müəyyən edilib. O, Bakıdan 75 kilometr cənuba, qurudan isə 40 kilometr məsafədə yerləşir ("Bulla-dəniz" yatağının 15 kilometrliyində). 1972-ci ildə bu strukturda bir qədər təkmilləşdirilmiş geofiziki işlər aparılıb. 1977–1992-ci illər ərzində burada 9 kəşfiyyat quyusu qazılsa da, bunların heç biri məhsuldar layları üzə çıxarda bilməyib. 2009-cu ilin iyununda "Ümid" dəniz strukturunda işlərin görülməsi üçün SOCAR "Ümid" MMC (formal nizamnamə kapitalı 1000 manat) yaradıb. Onun 80% pay iştirakı SOCAR-a, 20%-i "Nobel Oil Exploration & Production" (bu offşor şirkət Karib hövzəsindəki Sent-Kitts adasında qeydiyyatdan keçib) şirkətinə məxsusdur. 2009-cu ilin avqustunda "Sahil" qazma işləri idarəsi (SOCAR-ın strukturu) "Ümid"də kəşfiyyat quyusu qazmağa başladı. Qazma işləri dənizin 58 metr dərinliyində quraşdırılan "Ümid-1" stasionar platformasından həyata keçirilirdi. Bu cür qazmanın əhəmiyyəti ondadır ki, sonradan bu platformadan daha 6 quyu qazmaq imkanı var, bu isə çəkilən xərcləri 2–3 dəfə azaldır. 2010-cu il noyabrın 24-də Azərbaycanın ilk neft naziri, Sosialist Əməyi Qəhrəmanı Süleyman Vəzirovun 100 illik yubileyi Bakıda təntənə ilə qeyd edilirdi.
Zərərli istehsal amili
Zərərli istehsal amili — müəyyən şərtlər altında (intensivlik, müddət və s.) işçiyə təsiri peşə xəstəliyinə, başqa bir sağlamlıq pozğunluğuna, iş qabiliyyətinin müvəqqəti və ya qalıcı azalmasına səbəb ola bilən ətraf mühitin və əmək prosesinin bir amili nəslin sağlamlığına. Ekoloji amillər şərti olaraq aşağıdakılara bölünür: fiziki faktorlar (buna bəzən əsasən fibrogen təsir göstərən aerozollar (toz) da daxildir); bioloji təbiətdəki bəzi maddələr (antibiotiklər, vitaminlər, hormonlar, fermentlər, protein preparatları) daxil olmaqla kimyəvi amillər; bioloji amillər - istehsalçı mikroorqanizmlər, canlı hüceyrələr və preparatlar, patogen mikroorqanizmlər, helmintlər və s. əmək prosesinin amilləri — əmək prosesini təyin edən hallar, şərtlər: əməyin ağırlığı və əmək intensivliyi [2]. Bəzi təsnifatlarda bunlar psixofizioloji amillər və ya erqonomik amillərdir. Digər daha mürəkkəb təsnifatlar var. İşlərin böyük əksəriyyətində bir insan iş mühitinin bir neçə fərqli amilindən təsirlənir ki, bu da bir neçə kimyəvi birləşmənin eyni vaxtda və ya ardıcıl olması (kombinə təsir) və ya kimyəvi və fiziki amillərin təsiri (qarışıq hərəkət) ilə əlaqəli ola bilər. , eyni zamanda eyni kimyəvi maddənin (kompleks hərəkət) bir neçə yolla (hava, su, qida ilə) bədənə nüfuz etmə ehtimalı . Təhlükəli istehsal faktoru konsepsiyası da mövcuddur, lakin kəskin patologiyanı peşə xəstəlikləri və ya xəsarət kimi təsnif etmək məsələsi kimi, mənası da birmənalı deyil. GOST 12.0.002-2014 Əməyin Təhlükəsizliyi Standartları Sistemi (SSBT). Terminlər və təriflər (dövlətlərarası standart) ”zərərli istehsal faktorunu dərhal və ya sonradan bir xəstəliyə, o cümlədən ölümcül bir xəstəliyə yol aça biləcək bir faktor olaraq qəbul edir, bu da təhlükəli istehsal faktoru termininin kəskin inkişafla əlaqəli istifadəsini istisna edir patoloji.